Ermənistan parlamenti narazılıq və müzakirələrdən sonrabu gün keçirilən iclas zamanı növbədənkənar seçkilərindekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu arada seçkilər ərəfəsində müxalif qüvvələr paşinyana qarşı birləşməyə başlayıblar.
Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Bu barədə qərar parlamentin bu gün baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.
Qərardan sonra Parlamentin iki həftə ərzində yeni baş nazir seçməməsi şərti ilə Nikol Paşinyan istefaya getməlidir.
Bu arada Ermənistan mətbuatında yer alan xəbərlərə görə, növbədənkənar parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələr səfərbər olublar.
Ermənistanda iş adamı kimi tanınan "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan yeni hökumətə qarşı ittifaq yaradır. O, parlamentdə təmsil olunmayan siyasi qüvvələrlə yaxın zamanlarda danışıqlara başlayacağını açıqlayıb.
Ermənistanın "Jamanak" qəzetinin məlumatına görə, danışıqlarda məqsəd növbədənkənar parlament seçkilərində vahid blokla iştirak etməkdir. Siyasi bloka "İrs" partiyası, Erməni Milli Konqresi və digər kiçik partiyaların, eləcə də Andreas Qukasyan, Samvel Babayan, Seyran Ohanyanın daxil olacağı gözlənilir.
Məlumata görə, Sarukyan, həmçinin yeni yaradılan "Sasna srer" partiyasına da əməkdaşlıq təklif edəcək. Bu partiyanın üzvləri iki il əvvəl Erebuni rayonunda post-patrul alayına hücuma görə saxlanılan silahlı qruplaşmanın üzvləridir və məhz Qakik Sarukyanın təqdim etdiyi pul girovunun müqabilində həbsxanadan çıxa biliblər.
Siyasi ekspertlər hesab edirlər ki, Paşinyana qarşı yaradılan cəbhə onun parlament seçkilərində qalib gəlməsini şübhə altına alır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: