Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.

Milli.Az bildirir ki, Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dünyanın 20 min top universitetini araşdıran şirkət, siyahıya yalnız 1000 top universiteti daxil edib. 2018-ci il sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+ yerdə qərarlaşıb.

Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

Bununla yanaşı, "Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir.

BDU eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən "Vbometriks"in 2018-ci il reytinq cədvəlinə də düşüb. Bu universitetimiz (3656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5817 və 6495-ci yerlərdə qərarlaşıb.

Milli.Az