Aparıcı Ece Erken anası Nurhan Erkenlə küsüb.

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, ikili bir-biri ilə əlaqələri kəsib. İddialara görə, anası Eceni sosial media hesabından "qara siyahı"ya atıb.

İzləyicilərindən biri Nurhana niyə qızı ilə küsdüyü haqda suallar verib. O isə cavab olaraq bu sözləri deyib:

"Ece ilə heç bir əlaqəsi yoxdur. Mən onu "qara siyahı"ya atmışam. Analar əsəbiləşəndə gözünə heç nə görünmür. Mən yorulmuşam. Onunla bir az da atası maraqlansın".

Milli.Az