Metbuat.az-ın informasiya dəstəyi verdiyi, “Space” televiziyasında teleaparıcı Elçin Əlibəylinin təqdimatında yayımlanan “El bizim sirr bizim” verilişində " tamaşaçıların zövqünü korlayan verilişlərdən danışılıb.
Metbuat.az bildirir ki, verilişin qonaqlarından biri də Space TV-nin teleaparıcısı Mikayıl olub. O, kütlə tərəfindən qınandığı üçün artıq 3 il bundan öncə verilişinin formatını dəyişdiyini və tamaşaçı önündə rəqs etmədiyini bildirib:
“Mən o verilişin aparıcısı olduğum üçün məmnunam. Çünki bunun sayəsində həyatımı qurmuşam. Ancaq kim deyir ki, mənim verilişim kütlənin tərbiyəsini pozur? Hamı mənimlə şəkil çəkdirməyə can atır. Bəs kimdir məni qınayan? Mənim tamaşaçım sosial profildə olmur. Ancaq onu deyim ki, mən 3 il bundan qabaq verilişin formatını dəyişmişəm. İndi danışanlar baxmır axı, elə o oynadığım şəkili qoyurlar. Qələt edib rəqs etmişəm. Artıq verilişdə rəqs də etmirəm.”
Samiranın keçmiş görüntüləri yayıldı VİDEO - Oxumaq üçün tıkla |