Xalq artisti Zülfiyyə Xanbabayeva 9 il sonra yeni albom çıxarmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, sonuncu dəfə 2009-cu ildə "Dəniz" adlı albom hazırlayan Z.Xanbabayeva yeni albomu üçün çəkilişlərə başlayıb.
Bunun üçün obyektiv qarşısına keçən müğənni bir neçə obraz yaradıb. Zülfiyyənin stili üzərində stilist Elnur Hüseynov çalışıb. Fotoların müəllifi isə Ruslan Nəbiyevdir.
Qeyd edək ki, müğənni yeni albom üçün çəkilmiş şəkillərinin video-çarxını izləyiciləri ilə bölüşüb.
Afaq Rza
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: