Jurnalistikada iş axtaranlar üçün maraqlı bir yenilik var.
Metbuat.az bildirir ki, teleaparıcı Elçin Əlibəyli bununla bağlı Feysbuk profilində status paylaşıb.
"Gənclərin nəzərinə! Televiziya (yutub) aparıcılığı, redaktorluğu və prodüserlik sənətlərinin fərdi, pulsuz tədrisini təklif edirəm. Tədris iki gün nəzəri, üç gün praktik aparılacaq. Aparıcılıq üzrə 2 nəfər, redaktorluq 1 nəfər, prodüserlik üçün 1 nəfər yer nəzərdə tutulub. Arzu edənlər özləri haqqında altı cümlədən ibarət ətraflı məlumat və CV elchinalibeyli@gmail.com ünvanına yollaya bilərlər. Bircə tələb istənilən xarici dili anlamaq səviyyəsində bilməkdir. Buyurun, sizi gözləyirəm."
Əvvəlcə insanı dəli edir sonra öldürür - EHTİYATLI
OLUN! - VİDEO - Oxumaq üçün tıkla |