Eden Hzard "Çelsi" ilə müqaviləsinin müddətini artıra bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu yarımmüdafiəçinin özü deyib:

"Təklif gələrsə, dəyərləndirəcəyəm. Buna hazıram. Hərdən getmək istəyirəm. Bəzən isə bunun əksini düşünürəm. Qəti qərar verməkdə çətinlik çəkirəm. Nə baş verdiyini gələcək göstərər. 27 yaşım var. Gələcəyim barədə düşünməliyəm. "Real" dünyanın ən yaxşı klubudur. Etiraf edim ki, bu klubun formasını geymək uşaqlıq arzumdur. Nə olacağını müzakirə etmək istəməzdim. Düşünürəm ki, arzumu həyata keçirmək fürsətini əldən verməməliyəm".

Milli.Az