Böyük Britaniyanın Solsberi hadisəsi ilə əlaqədar axtardığı Aleksandr Petrovun əsl adının Aleksandr Mişkin olduğu üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Bellingcat və The Insider saytı məlumat yayıb.

Bildirilir ki, Mişkin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin zabitidir.  

Qeyd olunur ki, 1979-cu il təvəllüdlü Mişkin Ukrayna, Dnestryanı və Qərbi Avropada keçirilən xüsusi əməliyyatlarda iştirak edib.

Milli.Az