Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, tərəflər görüş zamanı AŞPA ətrafındakı vəziyyəti müzakirə ediblər. Volodin Yıldırıma Ankara və Moskvanın demokratik prinsipləri dəstəkləməklə bağlı ümumi mövqe nümayiş etdirmək üçün səylərini birləşdirməyi təklif edib:

"Bizim mövqeyimiz birmənalıdır: hesab edirik ki, Avropa Şurasına daxil olan ölkələrin fəaliyyətini tənzimləyən qanuni formalar Parlament Assambleyasına da təsir göstərməlidir".

Binəli Yıldırım isə son zamanlar AŞPA-nın "radikalların yuvası"na çevrildiyini bildirib:

"Təəssüf ki, doğru təkliflər orada qarşılıq tapmır, onlar beynəlxalq və regional reallıqlardan məhrum olublar".

Milli.Az