Zaqatala rayonunda intihar hadisəsi baş verib.

Publika.az“Report”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, intihar edən şəxs Zaqatala şəhər sakini, 1955-ci il təvəllüdlü Murad Təmraz oğlu Mirzəyevdir. Onun tüfeyli həyat sürdüyü bildirilir. M.Mirzəyev hazırda yaşayış olmayan ata yurduna gələrək intihar edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.

Qeyd edək ki, bu gün Bərdə rayonunun Ərəblər kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Nailə Şakir qızı və Qax rayonunun Lələpaşa kəndinin sakini, 1962-ci il təvəllüdlü İbrahim Mahmud oğlu Abdurahmanov intihar edib.