"No Doubt" qrupunun sabiq solisti, amerikalı müğənni Qven Stefani dünən üç oğlu ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərindəki kilsələrdən birinə yollanmışdı.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 49 yaşlı müğənni yaşına rəğmən çox gənc görünüb.
Qven Stefaninin 2002-2016-cı illərdə nikahda olduğu sabiq əri, musiqiçi Qevin Rossdeyldən üç oğlu (12 yaşlı Kinqston, 10 yaşlı Zuma və 4 yaşlı Apollo) var.
Milli.Az