Axtarışda olan şəxs erotik klip çəkdirərək polisləri ələ salıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, iki ildir narkotik maddə qaçaqçılığına görə axtarışda olan ispan reper Francisco Tejon hələ də saxlanılmayıb.
Uzun müddətdir axtarışda olan reper özünə yeni klip çəkdirib. Klipdə reperin ətrafında bikinili onlarla qız var.
Video qısa zamanda 120 mindən çox baxış əldə edib. Görüntülər oktyabrın 2-də internetə düşüb.
Hazırda polis görüntülərlə bağlı araşdırmalar aparır.
Emin
Milli.Az