Tovuzda azyaşlı ağacdan yıxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Məmmədli Kənan Vüqar oğlu həyətlərində meyvə ağacından yıxılıb.

Azyaşlı ağır kəllə-beyin travması ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az