"Terminator" filmində rol alan amerikalı aktrisa Kristanna Loken 55-ci Antalya Film Festivalına qatlıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Türkiyədə filmə çəkilmək istədiyini bildirib. İkinci dəfədir Antalyaya gəldiyini vurğulayan Loken açıqlamasında bu sözləri deyib:

"Bir təklif gəlsə, burada filmə çəkilmək istəyərəm. Gözəl bir yerdir və zəngin tarixi var. Türk dilində danışa bilmirəm. Ümid edirəm bu problem olmaz. Amma hansısa filmdə rol almağı çox istəyərəm".

Milli.Az