Son vaxtlar adı qalmaqaldan düşməyən Ece Seçkin bir izləyicisinə çox əsəbiləşib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Seçkinin paylaşdığı bir fotoya izləyicisi "Boyu neçədir? Çox balaca görünür. Səsi, rəqsi gözəldir. Amma bu boyla bir ulduz olmaq olmaz. Alçaltmaq üçün demirəm. Fikrim budur" sözlərini yazıb.
Ece izləyicisinə "Bu qısa boyumla ulduz oldum. İnşallah, sən qüsursuz bədən formanla məndən yaxşı olarsan" cavabını verib.
Milli.Az