Fransanın paytaxtı Parisin mərkəzində atışma olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Məlumata görə, hadisə Yelisey Sarayı rayonunda qeydə alınıb. Naməlum şəxslər avtomobildə oturan insanlara atəş açıblar. İnsident nəticəsində 2 nəfər yaralanıb.

Hadisəni törədənlər qaçaraq gizləniblər. Yaralılara ilk olaraq polis əməkdaşları kömək ediblər. Bundan sonra onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqat aparılır. 

Milli.Az