ABŞ Dövlət katibi Mayk Pompeo Pxenyanda Şimali Koreya lideri Kim Çen İnlə görüşüb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyter" informasiya yayıb.
"Şimali Koreyada Kim Çenlə möhtəşəm görüş oldu. Biz Sinqapurda əldə olunan razılıqlarla bağlı irəliləyiş əldə etməyə davam edirik", - Pompeo bildirib.
Qeyd edək ki, Pompeo Pxenyandan sonra Cənubi Koreyaya səfər edib.
Milli.Az