ABŞ-ın Viskonsin ştatında bir qrup sakin həftəsonu piknik etmək qərarına gəlirlər.

Milli.Az xəbər verir ki, istirahət zamanı onlardan biri kollektivi çəkmək üçün tonqalın kənarına gedir.

Sakinin sözlərinə görə, onlar Meyden-Rok kəndinin yaxınlığında gecələməyə dayanmışdılar. Heç nədən şübhələnməyən dostlar əylənir, dincəlir, şəkillər çəkirdilər.

Bununla belə, yürüşdən qayıdandan sonra fotoları gözdən keçirən sakin inanılmaz görüntülərlə üz-üzə qalır.

Şəkildə səmada anlaşılmayan obyekt aydın görünür.

"Mən tonqalın ətrafındakı qrupumuzun şəklini çəkməyə qərar verdim. Bu zaman səmada heç nə görməmişdim, yəni şübhələndiyim bir məqam yox idi. Bu, çox qəribədir, ola bilər ki, sirli obyekt çox sürətlə hərəkət edib. Onu adi gözlə görməmişik, lakin həmin an fotoya düşüb. Əlbəttə, başqa izahatlar da ola bilər, açığı, məəttəl qalmışam, heç nə bilmirəm", - deyə o, emosiyalarını bölüşüb.

Videonu izləmək üçün şəklə klikləyin:
İstirahət zamanı şəkil çəkirdi, UNO-nu görüncə...

Zaur
Milli.Az