Şənbə günü Haitinin şimal sahilində 5.8 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri respublikanın paytaxtı Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az