Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda
olanlardır". (əl-Bəqərə, 155-157).
"Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz". (Ali İmran, 186).
"Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. "Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır". (əl-Ənkəbut, 1-3).
"Hər bir kəs ölümü dadacaqdır. Sizi pislik və yaxşılıq ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız". (əl-Ənbiyə, 35).
"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". (əl-Mulk, 2).
İmtahanlara səbr edib Allaha şükr edənləri böyük mükafat gözləyir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (ət-Tirmizi, 2396).
"Allah bir qulunu sevərsə, onu bəlalarla imtahan edər".
"Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın". (əl-Buxari, "Mərda", 1; Muslim, "Birr", 49).
Həmçinin unutmayaq ki, müsibətlər insanı məhv etmək üçün deyil, onu təmizləmək və ona böyük mükafat qazandırmaq üçün gəlir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir ki, Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944).
"Başına bir müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allahın ona buyurduğu kimi: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım, başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!" - desin, Allah da ona bundan xeyirlisini vermiş olmasın". (Muslim, 2165). Duanın ərəbcə oxunuşu: "İnnə lillahi və inna ileyhi raciun, Allahummə əcurni fi musibəti və əxlif li xayran minhə".
Milli.Az
Allah insanları hansı şəkildə imtahan edir?
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51