İstilik yayan parça dünya üzərində fərqli sahələrin böyük marağına səbəb oldu.
Aşağı gərginlikdə uzun müddət boyunca istilik yaya bilən parça, dünya səviyyəsində müxtəlif sahələrin marağını cəzb etdi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, müqavimət tellərlə hazırlanan parça üzərində istilətməyə alternativ olaraq korroziyaya (oksidlənmə) və qırılmağa dayanıqlı, elastik istilik yayan liflər hazırlandı.
Bu araşdırma ilə birlikdə Elginkan Vəqfindən Texnologiya Mükafatını qazanan mütəxəssis Erol, parçanın fərqli vəsaitlər üzərindən sınanması və dünya bazarına girməsi üçün bəzi şirkətlərlə əlaqə yaratdı.
Patent müddətini tamamlayan parçaya keçən ilki təqdimatından sonra dünyanın dörd bir tərəfindən maraq və tələb yağdı.
Milli.Az