Əhli-təsənnünün 90 yaşlı bir alimi İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Ya ibni Rəsullah! Mən "Nisa" surəsində olan bir ayəni başa düşmürəm ki, buyurur: "Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik. (Günahların böyük və kiçik adlandırmaları - onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)". ("Nisa" 31).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Sadiq (ə) buyurur: "Ayənin hansı yerini başa düşmürsən?"
Deyir: "Kəbayiri. Kəbayir - kəbirə günahlardır və onlar hansılardır?"
Həzrət (ə) buyurur: "Quranın əvvəlindən axırına qədər Allahın adını çəkdiyi hər bir günah və onlara ki, əzab vədəsi verilmişdir - onlar kəbirə günahlardır. O cümlədən: zülm, sələm, ata və ananı özündən narazı etmək. Ağvalideyn olmağın əzabı vardır. Yalandan and vermək, simiclik, insan öldürmək, övladını hələ ana bətnində olan zaman öldürmək - (bütün bunların) əzabı vardır".
Beləliklə, İmam Cəfər Sadiq (ə) böyük günahları tanımağın universal metodunu bəşəriyyətə təqdim etmişdir.
Milli.Az