Ukrayna Azov dənizində genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib.

O bildirib ki, ukraynalı hərbçilər Azovda ciddi təlimlər keçirmək niyyətindədirlər: "Ukrayna dəniz qüvvələrini artırır".

Qeyd edək ki, təlimlər 9-12 oktyabr tarixlərində keçiriləcək.

Milli.Az