"Baxın, məni bu qadına dəyişdi".

İngiltərənin "Uotford" klubunun 29 yaşlı futbolçusu Troy Deyninin xanımı Steysi Deyni ərinin xəyanətindən xəbər tutub. Sən demə, futbolçu son vaxlar model Alişa Hosanna ilə aşiq-məşuqmuş.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Steysi Denni ərinin məşuqəsinin fotosunu İnstagram profilində paylaşıb və boşanma niyyətini açıqlayıb.

"Mənə xəyanət edən insanla nikahda ola bilmərəm. Alişaya isə tövsiyəm var: bir dəfə xəyanət edən yenə edəcək. Troyun davranışı, məşuqələri, xəyanətləri barədə artıq mənə yox, Alişaya yazın", - Steysi Denni yazıb.

Alişa Hosanna bu paylaşımdan sonra İnstagram profilini "qapalı" rejimə keçirib.

Milli.Az