Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Abışov Azər İsrafil oğlu və Salmanlı kənd sakini, 1959-cu il təvəllüdlü Musayev Əmiraslan İsaxan oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az