İtaliyanın öz valyutası olsa əksər problemlərini həll edə bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri İtaliya parlamentinin aşağı palatasının büdcə üzrə komissiyasının sədri Klaudio Borgi söyləyib.
Komissiyanın sədri İtaliyanın monetar siyasətə nəzarəti artırmasının önəmini qeyd edib. "Bizim bununla Avropa İttifaqına zidd getmək fikrimiz yoxdur. Əgər belə etmək istəsəydik büdcə layihəsinə kəsirin ÜDM-ə olan nisbətini 2,4 faiz yox, 3,1 faiz daxil edərdik. Əslində, biz sadəcə İtaliya iqtisadiyyatının daha yaxşı olmasını təmin etmək istəyirik", - deyə o bildirib.
Milli.Az