"Show TV"də yayımlanan "Çukur" serialında "Vartolu" obrazını canlandıran aktyor Erkan Kolçak Köstendil sosial media hesabında arxiv fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun gənclik illərində çəkilmiş şəklində həmkarı Bülent Şakrak da yer alır.

Erkan fotonu bu qeydlə səhifəsində yerləşdirib:

"Gəncik o zamanlar. Gözlərimizin içinə baxacaq dəliqanlı axtarırıq".

Qeyd edək ki, adı çəkilən məşhurlar qohumdurlar. Kolçakın atası Bülentin dayısıdır.

Milli.Az