Fransada yerləşən Alp dağlarında itkin düşdükdən 26 il sonra cənazəsi tapılan türkiyəli alpinistin itkin düşdüyü dağda çəkdiyi fotolar ortaya çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki,Türkiyənin Kayseri şəhərindən olan Hasan Tarım 1991-ci ildə 21 yaşında ikən Alp dağlarına çıxıb. Burada buzlaqların altında qalan Tarımın cəsədi tapılmayıb.

Ailəsi ilə birlikdə yaşayan və hobbi olaraq alpinistliklə məşğul olan Hasan Tarımın cənazəsi keçən ilin avqust ayında bir qrup alpinist tərəfindən tapılıb.

26 il sonra cənazəsi tapılan alpinistin itkin düşdüyü dağda çəkdiyi foto da ortaya çıxıb.



https://metbuat.az/news/1037652/3-gozu-ve-3-buynuz...