Bakı metrosunda qatarda problem yaranıb.

Milli.Az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, metronun "Qara Qarayev" stansiyasında qatarların birində nasazlıq yaranıb:

"7-8 dəqiqə ərzində maşinist vəziyyətdən çıxa bilib. Sərnişinlər stansiyada düşürülüb və qatar Depoya göndərilib. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaransa da, hazırda interval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur".

Milli.Az