Misir hökuməti ölkənin eks prezidenti Məhəmməd Mursiyə 5 il içərisində 4-cü dəfə görüş icazəsi verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Məhəmməd Mursinin müdafiə qrupunun rəhbəri Abdulmunim Abdulmaqsud məlumat verib. Onun sözlərinə görə, Misir səlahiyyətliləri Mursiyə son iki həftə içərisində iki dəfə görüş icazəsi verib.

İlk görüşün iki həftə əvvəl ailəsilə paytaxt Qahirədəki Tura həbsxanasında keçirildiyini bildirən Abdulmaqsud bildirib ki, görüşə Mursinin həyat yoldaşı və uşaqları gəlib. Onun sözlərinə görə, budəfəki görüşə 2013-cü ilin iyulundan bu yana 5 ildə atasını ilk dəfə görən Əhməd Mursi də gəlib.

Görüşlə bağlı açıqlama verən Əhməd Mursi isə atasının səhhətinin yaxşı, əhvalının isə yüksək olduğunu bildirib. Ancaq o, atasının səhhətinə daha diqqətlə yanaşılmalı olduğu çağırışını edib.

Abdulmaqsud, Misir səlahiyyətlərinin müdafiə qrupuna qarşıdakı günlərdə ikinci dəfə görüşə icazə verdiyini dilə gətirib. Ancaq görüşün dəqiq tarixilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, eks prezidenti Məhəmməd Mursiyə 2013-cü ilin iyulunda hərbi çevrilişlə tutulmasından sonra 4 dəfə görüş imkanı verilib. Bu görüşlərin birincisi 2013, ikincisi isə 2017-ci ildə olub.

Günay Elşadqızı / METBUAT.AZ