Rusiyada Stavropoldan Azərbaycana gələn "Ford" markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 03:30-da Vladiqafqazda baş verib.

Mikroavtobus yolun kənarında dayanmış "KamAZ" ilə toqquşub və ardından "Opel" markalı avtomobili "sürtüb".

Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlar Vladiqafqazdakı xəstəxanaya yerləşdiriliblər.

Milli.Az