Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk ordusunun Suriyadan çıxarılmasının şərtlərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o bunun ölkədə terror təhlükəsinin aradan qalxacağından sonra mümkün olacağını bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə ordusunun çıxarılmasının şərtlərindən biri Suriyada ədalətli seçkilərin keçirilməsidir.

O əlavə edib ki, Ankaranı Suriyaya yerli xalq dəvət edib.

Milli.Az