Sumqayıtda mal-qara bazarı yerləşdiyi ərazidən köçürülüb. Yerinin isə təmizlənməsinə start verilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərdə mal bazarı Sumqayıtın alüminum zavodu ərazisindəki Metallurq küçəsinə daşınıb. Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən mal bazarı sakinlərin ən çox şikayət etdiyi ərazilərdən sayılırdı. Çünki bazar şəhər mərkəzinə, eləcə də əhalinin sıx yaşadığı əraziyə yaxın məkanda yerləşirdi.
Sakinlərin sözlərinə görə, bazarın sökülməsi və kənar əraziyə köçürülməsi düzgün qərar olub.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, mal bazarının sökülərək köçürülməsi məhz sakinlərin istəyinə əsasən aparılıb. Ərazidə söküntü işləri yekunlaşdıqdan sonra yerinin abadlaşdırılmasına başlanılacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: