Rumıniya əsilli Andres Bathory həqiqi bir vampir olduğunu iddia edərək tabutta yatıb, qan içdiyini açıqlayıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Andres vampirlərin qurğu olmadığına, həqiqətən aramızda olduqlarına inandığını deyib. Nadir də olsa tabutda yatdığını deyən gənc adam bunu ölənlərin ruhları ilə ünsiyyətə girmək üçün etdiyini bildirib.
O, gecə yuxusunda bir savaş lordu tərəfindən ziyarət edildiyini, bu zaman qanın dadına baxdığını və həmin gündən sonra hər şeyin dəyişdiyini deyib.
Andres bu yuxuda ona seçilmiş şəxs olduğunu dediklərini bildirib.
Andres “qara qu quşu” adlanan könüllü bir qrup tərəfindən bağışlanan qanı içdiklərini bildirib.



