Türkiyənin Tekirdağ şəhərinin Çərkəzköy ərazisindən keçən Ərgənə çayının Çorlu Dərəsi qolunda qəribə görüntü yaranıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, suyun qırmızı rəngə boyanması insanları vahiməyə salıb.
Lakin, hadisənin əsl səbəbinin fabriklərdən atılan kimyəvi tullantılarla bağlı olduğu ortaya çıxıb.
Məsələ ilə bağlı Ətraf Mühit və Şəhərçilik Nazirliyinin bölgə üzrə nümayəndəliyinə məlumat verilib.