Bu gün Ermənistandakı hakim ideologiya ifrat millətçilik və irqçilikdən ibarətdir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikir bildirərkən rusiyalı hüquqşünas və tarixçi, professor Oleq Kuznetsov deyib. 

O bildirib ki, Ermənistanda heç bir demokratik hərəkatlardan söhbət gedə bilməz: "Demokratiya üçün zəmin tamamilə məhv edilib. Odur ki, qarşıdakı seçkilər oyundan başqa bir şey deyil".

Ekspertin fikrincə, bu gün Ermənistanda ideoloji müxtəliflik mövcud deyil.

Milli.Az