Aktrisa Buse Narcı ötən gün rəfiqəsi ilə birgə məkanlardan birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, keçmiş sevgilisi, müğənni Sinan Akçıl haqda danışıb:

"Görüşsək də, görüşməsək də, Sinanın mənim həyatımda xüsusi yeri var. O, Türkiyənin ən bacarıqlı və sevilən insanlarındandır. Məndə yeri xüsusidir, həmişə də elə qalacaq. Nə olsa da dostluğumuz davam edəcək".

Qeyd edək ki, ikili qısa müddət eşq yaşadıqdan sonra ayrılmışdı.

Milli.Az