"Kloun" serialının məşhur Hadisi - aktrisa Covanna Antonella "Vogue" jurnalının Braziliyadakı buraxılışı üçün obyektiv qarşısına keçib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 42 yaşlı aktrisa çılpaq pozalar verib. Şəkillər Dünya süd vəzi xərçəngi ilə mübarizə gününə həsr edilib. Bu gün oktyabrın 15-də bütün dünyada qeyd ediləcək.
Antonella fotoları ilə insanların diqqətini bu xəstəliyə cəlb etməyə çalışdığını deyib. Aktrisa "Qadınlara demək istəyirəm ki, xəstəlikdən xəbəriniz olsa, pessimistliyə qapılmayın" deyə, söyləyib.
Milli.Az