İrəvanda baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə keçirilən mitinq zamanı 4 nəfər xəsarət alıb.

Publika.az
xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, əzilərək xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini çətinləşdirən qanun qəbul etdikdən sonra Paşinyan xalqı mitinqə çağırıb.

Asif