İnsanıq, kimsə yaşa dolduqca kökəlir və yaxud əksinə. Kökələndə deyirlər ki, bu, nə isə birdən kökəldi. Yəqin çox pulu var, çox yeyir. Arıqlayanda isə hərə bir söz qoşur. Amma onu da əlavə edim ki, səhnə insanı gərək həmişə formada olsun.

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib. İfaçı bildirib ki, son günlər arıqlayıb. Bir müddət əvvəl səhhətində problem yaranan Samir valideynlərinin məlumatı saytlardan oxuduğunu bildirib:

"Xəstəliyim haqda ancaq yanıma gələn iki dostum bilirdi. Öd kisəsindən müalicə alırdım. Bunu isə gözümlə əlaqələndirib, yalan xəbər yaydılar. Anam xəbəri oxuyub narahat olmuşdu. Mənə zəng etdi ki, "Hardasan? Yalan danışırsan, sən xəstəxanadasan". Başladım gülməyə".

Efirlərə çox çıxmayan Samir sosial şəbəkədən də söz açıb:

"Bir neçə ay bundan qabaq yeni mahnı təqdim etdim. Bununla bağlı bir neçə efirlərə də çıxdım. İndi yenidən geri çəkilmişəm. Mən həmişə demişəm, işim olsun ki, çıxım nəsə təqdim edim. Belə götürəndə sosial şəbəkədə də aktiv deyiləm, mənlik deyil. 1 il əvvəl "İnstaqram" açdım, onu da normal işlətmirəm. Bu mənim üçün göstərici deyil. Mən heç bir zaman özümü gözə soxmayacam. Bu məndə alınmır".

Milli.Az