“Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızda keçiriləcək sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələni də qaldıracaqlar”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır: “Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz.”.

Bahadur Muradova vurğulayıb ki, bu məsələ beynəlxalq tədbirlər çərçivəsində daima qaldırılır, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir:

“Bu məsələ sona qədər diqqət mərkəzində saxlanılacaq. Təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.