Türkiyəli aktyor Yıldırım Öcek reanimasiyaya yerləşdirilib.
Milli.Az axşam.az-a istinadən xəbərinə görə, bu barədə sənətçi Onur Akay məlumat verib:
"Aktyor Yıldırım Öcek hazırda reanimasiyadadır. Vəziyəti ağırdır. 4 gün əvvəl xəstəxanaya yerləşdirilən aktyorumuzdan duaları əsirgəməyin".
Qeyd edək ki, sənətçi bir müddət əvvəl mədə kiçiltmə əməliyyatı etdirmişdi. İddialara görə, aktyorun halı buna görə pisləşib.
Milli.Az