Azərbaycan "Azərspace -2"nin orbitə buraxılması ilə peyk xidmətləri bazarındakı mövqeyini daha da gücləndirir. Bu peykin tutumu birinci layihədəki peykdən 50 faiz çoxdur. Peykdən ümumilikdə 400 milyon dollar gəlir əldə edilməsi planlaşdırılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Azərspace-2"nin orbitə buraxılması ilə bu sahədən gələn gəlirlər daha da artacaq.

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyyətinin sədr müavini Dunay Bədirxanovun sözlərinə görə "Azərspace-2"nin orbitə buraxılması ilə qurum peyk xidmətləri bazarındakı mövqeyini daha da gücləndirir. Bu isə fərqli ölkələrdə yeni müştərilərin cəlb edilməsində önəmli rol oynayır.

Üç ay ərzində orbital mövqeyinə çatacaq "Azərspace-2"dən yanvar-fevral aylarında kommersiya məqsədi ilə istifadəyə başlanılacaq. Artıq peykin xidmətlərinin 46 faizi "İntelsat" şirkətinə, 10 faizi isə yerli bazara satılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: