Yeni Zelandiya və Avstraliya birləşməli, rəhbəri isə Yasinda Ardern olmalıdır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Hollivud ulduzu Rassel Krou Tvitter hesabında jurnalist Conatan Qrinin Yeni Zelandiya və Avstraliyanın biləşməsi təklifinə dəstək olaraq yazıb.
"Bax, sadəcə qəbul et. O (Ardern) möhtəşəm insandır. Avstraliya və Yeni Zelandiyanı bir ölkəyə çevirib Yasinda Arderni də baş nazir etməyin zamanı gəlmədi?", - aktyor Qrinə müraciətlə yazıb.
Qeyd edək ki, Yasinda Ardern hazırda Yeni Zelandiyanın baş naziridir.
Milli.Az