Onların ikisi də bir zamanlar "Baywatch" teleserialının ulduzları idilər. Milyonlarla insan onların pərəstişkarı idi və elə milyonlarla dollar da qazanaraq lüks həyat yaşayırdılar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 37 yaşlı Ceremi Cekson ABŞ-ın Kaliforniya ştatındakı Nyuport-Biç şəhərində yaşayır. O, çimərlikdə xilasedici işləyir.
Həyatından şikayətlənmir. Fitneslə məşğul olur, çimərlikdə onu tanıyan fanatları ilə şəkillər çəkdirir, axşamlar isə barda mühafizəçilik edir.
"Baywatch" teleserialındakı Herbi Buçannon rolu ilə məşhurlaşan Cereminin sabiq arvadı, 35 yaşlı Loni Uilllison isə evsiz, sərgərdandır. O, küçələrdə yaşayır, zibil yeşiklərini eşələyərək yemək arayır.
Ceremi Cekson arvadını 2014-cü ildə boşayıb. Onun dediyinə görə, Loni Uillison sürəkli əyyaşlıq edir, sərxoş olur, evdə dava salırdı. Günlərin birində Loni ərini boğmağa çalışanda Ceremi polis çağırır, sonra da evi tərk edir.
Los-Anceles küçələrində sərgədan həyat yaşayan sabiq fitnes-model Loni Uillison narkomandır.
Milli.Az