Bakıda qətl törədilib.
Publika.az xəbər verir ki, Sabunçu rayonunda 34 yaşlı Valeriy İsakova məxsus evdə baş vermiş dava-dalaş ölümlə nəticələnib. Belə ki, dünən V.İsakov dostu Azad Dadaşovla mənzildə yeyib içiblər, daha sonra onların arasında spirtli içkinin təsiri altında mübahisə yaranıb və A.Dadaşov onu söyən ev sahibini döyə-döyə öldürüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza