Tovuzda yanğın hadisəsi baş verib.
FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış rezin qəliblər və yaxınlıqda 6 ədəd şam ağacı yanıb.
Tikiliyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az