İsveçdə məhkəmə tanınmış fotoqraf Jan-Klod Arnonu təcavüzdə suçlayaraq 2 il müddətinə azadlıqdan məhrum edib.
Milli.Az Reuters-ə istinadən bildirir ki, Arno İsveç Akademiyasının üzvü Katarina Frostensonun əridir.
Arnonun 2011-ci ilin oktyabrın 6-da, gecə saatlarında zorladığı qadının ad və soyadı açıqlanmır.
Məhkəmənin qərarına görə, fransız fotoqrafın qurbanına mənəvi təzminat da ödəniləcək.
İsveç Akademiyasının təsis etdiyi Nobel ədəbiyyat mükafatının bu ilin mayında keçiriləcək təqdimat mərasimi məhz fransız fotoqraf Arno ilə bağlı qalmaqala görə təxirə salınmışdı.
2017-ci ilin noyabrında 18 qadın Jan-Klod Arnonu əxlaqsız hərəkətlərdə suçlamışdılar.
Milli.Az