Suriyadakı hərbi əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin 112 hərbçisi həlak olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Bondarev bildirib.
Moskvanın Suriyadakı əməliyyatlarda iştirakının 3-cü ildönümü ilə bağlı danışan komitə sədri keçmiş sovet ordusunun Əfqanıstandakı itkiləri ilə Rusiyanın itkilərini müqayisə edib. Onun sözlərinə görə, Əfqanıstanda müharibədə iştirak etdiyi ilk 3 ildə sovet ordusunun 4,8 min hərbçi həlak olmuş, azı 60 tank, 400-ə yaxın zirehli döyüş maşını, piyadaların zirehli maşını və zirehli kəşfiyyat maşını, 15 təyyarə, 97 helikopteri məhv edilmişdi: "Ancaq bizim Silahlı Qüvvələr Suriyadakı hərbi əməliyyatlarda 112 hərbçi, 8 təyyarə, 7 helikopter, təxminən 1-2 zirehli döyüş maşını itirib".
O, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisyanın İraqdakı itkilərindən də bəhs edib: "ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya 3 ildə (2003-2006-cı illərdə) 2515 hərbçi, 10-20 tank, azı 50 zirehli döyüş maşını, 15 təyyarə və 80-ə yaxn helikopter itirib".
Qeyd edək ki, Rusiya 2015-c il sentyabrın 30-da Suriyadakı hərbi əməliyyatlarda iştirak edir.
Milli.Az