Həbsxanadakı zibil qabında çin restoranına aid paketi görənlər vəziyyətdən şübhələniblər.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, məlum olub ki, məhkumlar dron vasitəsi ilə həbsxananın həyətinə yemək ötürürlərmiş.

Olay İrlandiyanın paytaxtı Dublindəki Wheatfield həbsxanasında baş verib.

Dron vasitəsi ilə həbsxanaya başqa şeylərin də ötürüldüyü düşünülür.

Məsələ ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az